Ləğv prosesində olan bankların balansındakı daşınar əmlakların satışının effektiv formada təşkili və satış prosesinin sürətləndirilməsi məqsədilə elektron auksion platforması yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Beynəlxalq Əmanət Gününə həsr olunmuş tədbirdə çıxış edən Fondun mətbuat katibi Emil Bayramov deyib.

O bildirib ki, auksionda fiziki şəxslər, kiçik və orta sahibkarlar iştirak edə bilərlər. Portala “acution.adif.az” saytı vasitəsilə daxil olmaq mümkündür.