2020-ci ilin may ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 8 milyon 466 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin aprel ayı ilə müqayisədə mayda cəmi ödəniş kartlarının sayı 397 min ədəd artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu ilin may ayında ödəniş kartlarının sayı 22% artıb.

Öətn ayla müqayisədə mayda sosial kartların sayı 298 min ədəd artaraq 3 milyon 298 min ədəd, əməkhaqqı kartlarının sayı 7 min ədəd azalaraq 2 milyon 326 min ədəd, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı  72 min ədəd artaraq 1 milyon 930 min ədəd, kredit kartlarının sayı 35 min ədəd artaraq 912 min ədəd olub.

Onu da bildirək ki, əməkhaqqı kartlarının sayında fevral ayından başlayaraq azalma müşahidə edilir.

İllik müqayisədə isə 2020-ci ilin may ayında sosial kartların sayında 711 min ədəd artım, əməkhaqqı kartlarının sayında 202 min ədəd artım, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayında 480 min ədəd artım, kredit kartlarının sayında isə 106 min ədəd artım olub.