Artıq kredit götürmək istəyən şəxsin banka getməsinə ehiyac olmayacaq. Vətəndaş olduğu yerdən internet vasitəsi ilə ona kredit düşüb-düşməyəcəyini və nə qədər məbləğdə pul götürə biləciyini əvvəlcədən öyrənə biləcək.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşların kredit tarixçəsi barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdiriləcək.Bununla da kredit almaq istəyən şəxs banka getmədən onlayn şəkildə kredit tarixçəsini əldə edərək ona kredit düşüb -düşməyəcəyini biləcək.

Ekspert Vüqar Bayramlı bunun bankların da işini sadələşdirəcəyini deyir. Ekspertin sözlərinə görə, bəzi hallarda banklar vətəndaşlara kredit verməmək üçün ayrı-ayrı vaxtlarda adına olan kreditin gecikdirməsini bəhanə gətirirdi. Artıq sistemin elektron hökümət portalına inteqrasiyası ilə banklar aztəminatlı, lakin adına kredit düşən vətəndaşlara kredit verməkdən boyun qaçıra bilməyəcək.

Sistemin elektronlaşdırılması ilə kredit proseduru əvvəlkinə nisbətən xeyli sadələşəcək. Bu da öz növbəsində banklardan kredit alan vətəndaşların sayına təsir edəcək.

Yeni qaydalara əsasən, bankların da işi asanlaşmaqla yanaşı, əlavə xərclərdən azad olacaqlar.