Azərbaycanda koronavirus səbəbindən krediti ödəməyə çətinliklə bağlı ölkə banklarına kreditlərin restrukturizasiya edilməsi ilə bağlı 1,4 milyard manat kreditin uzadılması üçün 57 min yaxın müraciət edilib.

FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bunlardan 94% biznes, 3% istehlak, 3% ipoteka kreditlərinin uzadılması ilə bağlı müraciətlərdir.