Dünyada tüğyan edən koronavirus (COVİD-19) iqtisadiyyatları iflic vəziyyətinə gətirib çıxarmaqdadır. Bununla bağlı Azərbaycanda da sərt addımlar atılmışdır. Əsas məqsəd isə insanların toplu şəklində bir yerlə yığılması nəticəsində virusun daha geniş yayılmasının qarşısını almaqdır.

İnsanların daha çox toplum şəklində olduğu yerlərdən biri də banklardır. Azərbaycanda bir neçə bank artıq müştərilərinə yaranmış vəziyyətlə bağlı güzəştlər etməyə başlayıb.

Banker.az koronavirusla bağlı güzəşt edən bankları araşdırdı və daha ətraflı aşağıda məlumatlarla tanış ola bilərsiniz.

Bildirək ki, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılıbBu qərar sadəcə əmək haqqı kartları ilə bağlı qəbul olunmuş qərardır. Debet kartlara şamil olunmur.

Onu da qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının (0,5 mlrd. manat) təfərrüatını açıqlayıb. Proqramda yeni verilən 500 mln. manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi, kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması yer alıb. Həmçinin zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması məsələlərini nəzərdə tutulur.

Accessbank

1. “AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə aşağıdakı xidmətləri təklif edir: Mövcud əmanətin müddətinin uzadılması və ya  digər valyutaya konvertasiyası; Mövcud kreditin restrukturizasiyası; Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi; Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması; Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması; SMS bankçılığın aktivləşdirilməsi; Kart limitinin aradan qaldırılması;PER, FER əməliyyatları

2. AccessBank” müştərilərinin mart, aprel və may aylarında istifadə müddəti bitəcək kartların vaxtını iyul ayına qədər uzadır. Müddəti avtomatik olaraq uzadılan kartlar yalnız Azərbaycan Respublikasının ərazisində istifadə oluna bilər.


PASHA Bank

PAŞA Bank COVİD-19 virusundan zərər çəkən hüquqi şəxs və fərdi sahibkarlara, eləcə də PAŞA Bank əməkhaqqı kart sahibi olan fiziki şəxslərə dəstək məqsədi ilə 1 aprel tarixindən kredit üzrə gecikməsi 15 gündən az olan müştərilərə cərimə faizlərinin hesablanmasını dayandırır.

Bankın yaydığı məlumata görə, bu o deməkdir ki, Müştəri kredit üzrə faizi və ya əsas məbləği vaxtında ödəmədiyi halda Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq. Qərar həmçinin bu məlumatın açıqlanmasından sonra ödəmələrini dayandıran müştərilərə şamil olunur. Bununla yanaşı hazırda Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Bank öz müştərilərinə əlavə güzəştlərin yaradılması üzərində işləri davam etdirir. Yeniliklər barədə məlumat 20 aprel tarixinədək təqdim olunacaq.


Kapital Bank

1. Kapital Bank elektron ticarətlə məşğul olmaq istəyənlər üçün güzəştlər təqdim edir. Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce ) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.Belə ki, Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz qoşula bilərlərHəmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş üçün endirimli komissiyalar təklif olunur.

2. Kapital Bank-ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərə bir neçə yenilik tətbiq edilib. Belə ki, yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılacaq. Həmçinin, həmin yaşda olan, lakin kartlarının vaxtı bitən mövcud müştərilərin kartları növbəti 3 ay müddətinə uzadılacaq və onlar təqaüdlərini köhnə kartları ilə ala biləcəklər. Yaşı 65-dək olan təqaüdçülər isə Kapital Bank filiallarına gələrək, kartlarını oradan təhvil ala bilərlər.

3. 8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. 


Bank Respublika

Bank, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı.

Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart,aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.


Azərbaycan Beynəlxalq Bankı

1. İlk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.

2. Aprel ayının sonunadək ölkəmizin tibb işçiləri bu bankın xidmətlərindən ödənişsiz istifadə edəcəklər. Məsələn, kassa əməliyyatları, respublika daxilində və xaricə köçürmələr, eləcə də hesablardan arayışların verilməsi və s. üçün tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq. Bankın ödənişsiz xidmətləri ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz.

3. Azərbaycan Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankomatlarında komisyonsuz nağdlaşdıra bilərlər.


Expressbank

1.Expressbank mart, aprel və may aylarında istifadə müddəti bitən plastik kartlarının müddətini iyul ayının 31-dək uzadıb. Ödəniş kartlarının istifadə müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılır.


Xalq Bank

1.Bank tərəfindən təqdim olunan güzəşt – aprel ayının 1-dən aprel 30-dək cərimə faizləri hesablanmayacaq. Lakin, MKR gecikmə kimi düşür. Bu güzəşt Dövlət ipotekası istisna olmaqla digər kreditlərə aiddir. Lakin faizlər qalıq məbləğə hesablanacaqdır.

2.İstifadə müddəti 2020-ci ilin mart, aprel, may və iyun aylarında başa çatacaq kartların sahiblərinə kartlarının müddətini uzatmaq üçün Banka gəlməyə ehtiyac yoxdur. Ödəniş kartlarının müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılacaq. Bu müddət ərzində həmin kartlarla bütün ölkədaxili əməliyyatları həyata keçirmək mümkün olacaq.


Bank VTB Azərbaycan

1. İstifadə müddəti mart, aprel may aylarında bitən bütün kartların istifadə müddəti 01.07.2020 tarixinə qədər uzadılıb. Bank VTB (Azərbaycan) müştərilərinin vaxtı bitmiş kartların istifadə müddətini uzadır. Hazırda proqram 1 iyul 2020-ci il tarixinədək nəzərdə tutulub.  Beləliklə, kartlarını yeniləmək üçün müştərilərin bankın filiallarına gəlmələrinə ehtiyac yoxdur. Kartın istifadə müddəti avtomatik olaraq uzadılacaq. Müştərilər kartlarından məhdudiyyətsiz istifadə edə biləcək.

2. Müştərilər bütün bank əməliyyatlarını  1 avqust 2020-ci il tarixinədək Direct bot vasitəsilə pulsuz həyata keçirə bilər. Beləliklə, Facebook sosial şəbəkəsinin messencerindəki bot Direct istifadəçiləri bir sıra əməliyyatları pulsuz həyata keçirməyə davam edəcək:Rəqəmsal və plastik kartların buraxılışı; Kartlara xidmət; Digər bankların kartlarından kartın balansının artırılması; Məhsul və xidmətlər üzrə ödəniş; Card to Card əməliyyatı ilə Bank VTB (Azərbaycan)-nın, eləcə də digər bankların ödəniş kartlarına vəsaitin köçürülməsi.

Bundan əlavə, Direct istifadəçiləri MilliÖN/eManat terminalları vasitəsilə də kart hesabının balansını artıra bilər.Direct virtual köməkçi vasitəsilə VTB (Azərbaycan)-ın müştəriləri evlərini tərk etmədən və messencerdə ünsiyyətlərini kəsmədən maliyyə məsələlərini asanlıqla həll edə bilər. Direct səhifəsinə daxil olduqda hər bir istifadəçi VİSA virtual kartı qismində hədiyyə qazanır. Bu kart sahibləri onlayn ödənişləri, o cümlədən kommunal və mobil xidmətlər üzrə ödənişlər həyata keçirə bilər, eləcə də balansı yoxlaya, bir sıra bank məhsullarını sifariş edə bilər.


Turanbank

Azərbaycanda fəaliyyət göstərən TuranBank ASC  koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə müştərilərinə güzəşt edir.

Məlumat üçün bildirmək istərdik ki, mart-aprel-may aylarında müddəti bitən debet kartların vaxtı iyul ayınadək uzadılıb. Banka gəlmədən istifadə etmək mümkün olacaq. Lakin kredit kartları istisnadır. Əgər kredit kartının müddəti bitibsə o halda ləğv olunur.


NBC Bank

1. NBCBank Kiçik və Orta Biznes kredit müştərilərinə (Hüquqi şəxs və fərdi sahibkarlar) kredit üzrə peniya və cərimə faizlərinin hesablanmasını dayandırır. Bununla da, Müştəri ödənişləri həyata keçirmədiyi halda Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq. Qərar bu il aprelin 20-nə qədər qüvvədədir.

Eyni zamanda NBCBankın bütün müştəriləri evdən çıxmadan www.nbcbank.az saytına daxil olmaqla rahat onlayn şəkildə internet-bankinq üzrə bütün əməliyyatlarını, komunal və kredit ödənişlərini edə bilərlər.

2. NBCBank mart, aprel, may və iyun aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətini 31.07.2020-ci il tarixinədək uzatdı.


Bank of Baku

 Biznesini onlayn platformada qurmaq istəyən iş adamları və ya internet mağaza sahibləri Bank of Baku-nun təklif etdiyi Elektron Kommersiya xidmətinə (E-commerce) PULSUZ qoşula və xidmətdən heç bir KOMİSSİYA HAQQI ödəmədən yararlanana biləcəklər. Bu xidməti alış-veriş saytında və ya mobil tətbiqində aktiv edən iş adamları, müştərilərinə etdikləri alış-verişin xərcini onlayn ödəmə imkanı verəcək. Yəni, alıcılar olduqları məkanı tərk etmədən almaq istədikləri məhsulu onlayn alacaq və ödənişlərini həyata keçirə biləcəklər.Xidmətdən faydalanan ticarət sahibləri aşağıdakı üstünlüklərə də sahib olacaqlar: Peşəkar mütəxəssislər tərəfindən xidmətin PULSUZ quraşdırılması; Bank of Baku tərəfindən konsultasiya xidməti; İstənilən bank kartı ilə və 24/7 rejimində ödəniş qəbul etmə imkanı; Ödənişlərin sürətli toplanması; Admin paneldə ödənişlərə nəzarət imkanı.


AFB Bank

AFB Bankda müştərilərinə güzəştlər tətbiq edir.

Belə ki, kartın istifadəetmə müddəti bitibsə, artıq banka yaxınlaşmağa ehtiyac yoxdur. Master və Visa kartlarına güzəşt edilib. Belə ki, mart və Aprel aylarında vaxtı bitən kartların müddəti 3 aylıq uzadılıb.


Unibank

1. Unibankda vaxtı bitmiş əməkhaqqı və debet kartlarının istifadə müddəti uzadılıb. Bu müddət iyun ayının sonunadək nəzərdə tutulub.

2. Unibank biznes sahiblərinə banka gəlmədən onlayn hesab açmaq imkanı yaradıb. İndi hər bir sahibkar harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab aça bilər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır. “Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır: Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz; Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız; – Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir; – Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.