Kapital Bank1dekabr2017-ci il tarixədəktəhsil işçilərinə “Gözəl peşə, özəl təklif” adlı güzəştlikredit kampaniyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dəkendirimedilir. Həmçinin bəzi hallarda kredit komissiyasız və 8 000 AZN-dək zaminsiz veriləcək.

 

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.