“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsi “Kapital Bank” ASC-nin adi və imtiyazlı səhmlərinin Birjanın standart bazar seqmentindən delistinq edilməsi (ticarətdən çıxarılması) barədə qərar qəbul edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu qərar Bankın müraciəti əsasında qəbul olunub.

Listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra, yəni 2 fevral 2020-ci il tarixindən qüvvəyə minəcək.