22 yanvar 2024-cü il “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Marja.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

– 2024-2026-cı illər üzrə “Kapital Bank” ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat,

– Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi haqqında,

– Digər məsələlər

Yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.

Qeyd edək ki,  “Kapital Bank” ASC-nin səhmdarları “PAŞA Holdinq” MMC (99.89%) və fiziki şəxslərdir (0.11%).