Kapital Bankbütün təhsil işçiləri üçün “Yenə də beş” adlı yeni güzəştlikredit aksiyasıtəqdim edir.Aksiyadanəmək haqqını Kapital Bank kartları ilə alantəhsil işçiləri yararlana bilərlər.

 

Aksiya çərçivəsində, təhsil işçisi öz həmkarlarına Kapital Bank-a müraciət etməyi tövsiyə edə bilər və bundan sonra hər ikisi (həm tövsiyə edən şəxs, həm də onun həmkarı) nağdkreditin illik faiz dərəcəsinə 5%-dək endirim əldə edəcək. Həmkarına Kapital Bank-ı tövsiyə edən təhsil işçisinə əlavə olaraq, müəyyən məbləğdə pul mükafatı da veriləcək. Üstəlik, kredit götürənlərə BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 31dekabr 2018-ci il tarixədək keçirilir.

 

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.