“Kapital Bank” ASC gələn ildən “Birbank investisiyalar” mobil tətbiqini buraxmağı planlaşdırır.

Trend cümə günü xəbər verir ki, bunu Kapital Bankın idarə heyətinin sədri Fərid Hüseynov ilin yekunlarına 2024-2026-cı illər üzrə strategiyaya həsr olunmuş mətbuat konfransında deyib.

“Tətbiqin 2024-cü ilin birinci yarısında buraxılacağı gözlənilir”, – o deyib.

Qeyd edək ki, ilin yekunlarına görə, Kapital Bank 200 milyon manat dəyərində xalis mənfəət gözləyir.

Xatırladaq ki, 2023-cü ilin üçüncü rübü ərzindəki maliyyə göstəricilərinə əsasən, “Kapital Bank” aktivləri 2023-cü il 1 oktyabr tarixinə 8,5 milyard manat olub. Bankın kredit portfelinin həcmi 4 milyard manata, müştəri depozitlərinin ümumi məbləği isə 6,5 milyard manata çatıb.

1 oktyabr 2023-cü il tarixinə Kapital Bankın məcmu kapitalı vergi tutulmalarından sonra 792 milyon manat, adi və imtiyazlı səhmləri 265 milyon manat, xalis mənfəəti isə 182,012 milyon manat olub.