Azərbaycanın kredit təşkilatlarının kənd təsərrüfatı və emal sektoruna cəmi kredit qoyuluşları yenidən 500 milyon manatı keçib.

Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 Avqust 2019-cu il tarixində kənd təsərrüfatı və emal sektoruna verilmiş cəmi kreditlər 503,7 milyon manat təşkil edib.

İyul ayının sonu ilə müqayisədə Avqustda kreditlər 4,2 milyon manat, 2018-ci ilin sonu ilə müqayisədə isə (8 ay ərzində) 33,7 milyon manat artıb.

Ötən il kənd təsərrüfatı və emal sektoruna verilən kreditlər 40,8 milyon manat artmışdı.

 

@Fed.az