2020-ci ilin Fevral ayı ərzində Azərbayacanda ev təsərrüfatlarına verilən kreditlər artmaqda davam edib.

 

Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cari ilin Yanvar ayının sonu ilə müqayisədə Fevral ayında ev təsərrüfatlarına verilən cəmi kreditlər 94 milyon 500 min manat artaraq 7 milyard 99 milyon 500 min manata çatıb.

 

Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər də ev təsərrüfatlarına verilən kreditlərə daxil edilir. Fevralda daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 37 milyon 790 min manat artaraq 1 milyard 963 milyon 400 min manata yüksəlib. Yanavarda bu kreditlər 13 milyon 500 min manat azalmışdı.

 

Fevralda yalnız istehlak kreditləri 56 milyon 746 min manat artaraq 5 milyard 136 milyon 143 min manata çatıb (İstehlak kreditləri = ev təsərrüfatlarına verilən kreditlər – Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər).

 

Cari ilin ilk 2 ayında ev təsərrüfatlarına verilən kreditlər 120 milyon 800 min manat, o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 24 milyon 290 min manat artıb.

 

Cari ilin yanvar-mart dövründə yalnız istehlak kreditləri 96 milyon 524 min manat artıb və ya 5 milyard 39 milyon 619 min manatdan 5 milyard 136 milyon 143 min manata yüksəlib.

 

2019-cu ilin fevral ayının sonu ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 731 milyon 325 min manat, o cümlədən istehlak kreditləri 1 milyard 587 milyon 234 min manat artıb.

 

Fevralın sonunda cəmi kredit qoyuluşlarının 45,2%-ni ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.

 

Qeyd edək ki, cari ilin Yanvar ayı ilə müqayisədə Fevral ayında cəmi kredit qoyuluşları 182 milyon 749 min manat artaraq 15 milyard 696 milyon 590 min manata çatıb. Ötən ilin sonu ilə müqayisədə, ilk 2 ayda kredit qoyuluşları 398 milyon 176 min manat, ötən ilin Fevral ayı ilə müqayisədə isə 2 milyard 721 milyon 780 min manat artıb.