Ötən il də Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər artıb.

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Kapital Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 354 milyon 729 min manat artaraq 2 milyard 175 milyon 951 min manata çatıb.

Ötən il “Kapital Bank”ın ayırdığı biznes kreditləri 148 milyon 185 min manata artaraq 582 milyon 77 min manata, daşınmaz əmlak kreditləri (əsasən ipoteka kreditləri) 175 milyon 488 min manat artaraq 228 milyon 29 min manata, istehlak kreditləri isə 31 milyon 55 min manat artaraq 1 milyard 365 milyon 845 min manata yüksəlib.

Diqqəti cəlb edən ipoteka kreditlərinin biznes kreditlərindən daha çox artmasıdır. Bunun səbəbi Kapital Bankın mənzil sahibi olmaq və ya yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif etməsidir. İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir.