Türkiyə Mərkəzi Bankının (TCMB) “İyun 2019 Gözlənti Sorğusu Statistikaları” dərc olunub.

Sorğunun nəticələri  xəbər verir ki, il sonu Dollar/TL gözləntisi 6.3015 olub. İnflyasiya gözləntiləri geriləyib.

Real sektor və maliyyə sektoru nümayəndələri və peşəkarlarından ibarət 67 iştirakçı ilə həyata keçirilən sorğunun nəticələrinə görə, inflyasiyada 2019-cu il sonu gözləntisi 16.68%-dən 15.85-ə geriləyib. 12 ay sonra üçün inflyasiya gözləntisi 15.48%-dən 14.88%-ə enib. 24 ay sonra üçün gözləntilər 12.34%-dən 11.46%-ə düşüb.

Sorğunun nəticələrinə görə, cari il sonu dollar/tl gözləntisi 6.43-dən 6.3015 səviyyəsinə enib. 12 ay sonra üçün məzənnə üzrə gözlənti 6.68-dən 6.64-ə düşüb.

Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 5.89 səviyyələrindədir.

@Marja