“Günay Bank” ASC müştərilərə verilmiş kreditlərin sahələr üzrə bölgüsünü açıqlayıb.

Marja Banka istinadən xəbər verir ki, 30 İyun 2020-ci il tarixində “Günay Bank”ın 176 milyon 296 min manat kredit portfelinin 66%-ni və ya 116 milyon 336 min manatını biznes kreditləri, 32,6%-ni və ya 57 milyon 564 min manatını daşınmaz əmlak kreditləri, 1,4%-ni və ya 2 milyon 395 min manatını istehlak kreditləri təşkil edib.

2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin ilk 6 ayında “Günay Bank”ın kredit portfeli 17 milyon 380 min manat və ya 11% artıb.  Artım daşınmaz əmlak kreditlərilə bağlıdır. Belə ki, eyni dövrdə daşınmaz əmlak kreditləri 17 milyon 670 min manat və ya 44,3% artıb.

2020-ci ilin 1-ci yarısında “Günay Bank”ın istehlak kreditləri portfeli 128 min manat, biznes kreditləri portfeli isə 161 min manat azalıb.