Funt-sterlinq, Cümə günü açıqlanan göstəricinin pərakəndə satışların Yanvar ayında gözlənilməz bir şəkildə ardıcıl üçüncü dəfə düşdüyünü göstərməsinin ardından, iki həftədən daha uzun bir müddətin ən kəskin azalmasını həyata keçirib.

İngiltərə Milli Statistika Bürosu (UNSİYA) məlumatlarına görə, ölkədə yanvar ayında aylıq müqayisədə pərakəndə satışlar 1 faiz artım gözləntisindən aşağı qalaraq 0,3 faiz azalıb.
Ölkədə yanvar ayında pərakəndə satışlar illik müqayisədə isə 3,4%-lik artım proqnozuna qarşı 1,5 faiz artım qeyd edib.

Məlumatın aşağı çıxmasından sonra, Funt-sterlinq Dollar qarşısında 0.7 faiz geriləyərək 1.2398 səviyyəsindən əməliyyat olunub. Məzənnədə 55 günlük orta məzənnə 1.2425 səviyyəsində olub.

marja.az