2020-ci ilin Fevral ayı ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 8 min ədəd azalıb


 

2020-ci ilin Fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 832 min ədəd təşkil edib.

 

Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cari ilin Yanvar ayının sonu ilə müqayisədə Fevral ayında cəmi ödəniş kartlarının sayı 119 min ədəd artıb. Kartların sayında artım sosial kartların, kredit kartların və digər debet kartların artması ilə bağlıdır.

 

Fevralda sosial kartların sayı 16 min ədəd artaraq 2 milyon 723 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartların sayı 50 min ədəd artaraq 1 milyon 872 min ədədə, kredit kartlarının sayı isə 61 min ədəd artaraq 890 min ədədə çatıb.

 

Əməkhaqqı kartlarının sayı 8 min ədəd azalaraq 2 milyon 347 min ədədə düşüb.

 

Diqqəti çəkən son 3 ayda kredit kartlarının sayının 139 min ədəd artmasıdır.