ABŞ Mərkəzi Bankının (Fed) üç regional rəhbəri, ABŞ iqtisadiyyatının aşağı faizə ehtiyacı olduğu barədə fikirlərə qarşı çıxır, dördüncüsü məcbur qalmadıqca faiz endiriminə gedilməməsi lazım olduğunu düşünür.

Bu açıqlamalar, təkrar faiz endirimi istəyən digər Fed rəsmiləri ilə kəskin mübahisələrin ola biləcəyinə işarədir.

İnvestorlar Fed-in 17-18 Sentyabr toplantısında faizlərdə 50 bənd endirm olacağını gözləyirlər. Ancaq Fed-dəki müxalif səslər, aralarında ABŞ Prezidenti Donald Trampın da olduğu daha böyük miqyaslı bir addım gözləyənlərin ümidlərini azalda bilər.

Fed sədri Cerom Pauel (Jerome Pauell), Cümə günü Vayominqdə keçiriləcək illik simpoziumda edəcəyi çıxışında bu məsələ haqqında bəzi ipucları verə bilər.

Fed-in Kanzas Siti şöbəsinin sədri Esther George, “Bloomberg Television”a Cümə günü verdiyi açıqlamada, “İqtisadiyyatın harada olduğuna baxanda, mənzərənin iqtisadiyyatın daha da zəifləməkdə olduğunu işarə etdiyini görmədən, faizlərin əlavə azaldılmasının hələ vaxtı deyil və buna hazır deyiləm” deyib.

Fed-in Filadelfiya şöbəsinin sədri ədri Patrick Harker də Cümə günü etdiyi açıqlamada, İyuldakı faiz endirimini “bir az könülsüz” qəbul etdiyini və faizin bir müddət sabit saxlanılması lazım olduğunu düşündüyünü bildirib.

Harker, CNBC televiziyasına verdiyi müsahibədə, “İndilərdə neytral vəziyyətin olduğu yerdəyik və bir müddət burada qalıb vəziyyətin necə inkişaf edəcəyini görməyimiz lazım olduğunu düşünürəm“, – deyib.

Cümə günü, Dallas Fed sədri Robert Kaplan da etdiyi açıqlamada, 17-18 Sentyabrda keçiriləcək növbəti Fed toplantısında faiz endiriminə gedilməsi barədə narazılığını dilə gətirib.

Kaplan, CNBC-yə verdiyi açıqlamasında, “Əlavə addım atılmasından çəkinilməsini istəyirəm, ancaq əgər ehtiyac olarsa, ən azından qarşıdakı bir neçə ayda addım atılması məsələsinə açığam” deyib.

Boston Fed sədri Eric Rosengren də 19 Avqustda Bloomberg TV-yə etdiyi açıqlamada, əlavə faiz endiriminə qarşı olduğunu dilə gətirmişdi.

@Marja