Ölkənin aparıcı banklarından olan Kapital Bank ASC-nin İdarə Heyətinin üzvləri sırasına daha bir təcrübəli kadr qatılıb.
Ölkənin tanınmış banklarından birində (Bank of Baku-da) İdarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Hüseynov may ayının 1-dən etibarən Kapital Bankda İdarə Heyəti Sədrinin müavini, Baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq. Bu barədə Kapital Bankdan “Marja”ya bildirilib.
Fərid Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.