Bu gün Azərbaycan kommersiya banklarından daha biri dolları limitsiz satmağa start verib. Fins.az xəbər verir ki, söhbət “Expressbank”dan gedir.
Qeyd edək ki, ötən gün bank bir müştəriyə 10 min dollar satdığını bəyan etmişdi. Bu gün isə valyuta satışını sərbəst buraxıb.
Beləliklə, respublikada dolları limitsiz satan bankların sayı 23-ə çatıb.
Onu da qeyd edək ki, buna baxmayaraq “Expressbank” xarici valyutanın alışına limiti saxlayıb. İndi bu bank  10 min dollar və 5 min avro alır.