Dollar, ABŞ xəzinə istiqrazı faizlərinin düşməsinin təsirilə bu gün G – 10 pullarının hamısı qarşısında zəifləyib.

Dolların 10 mühüm valyuta qarşısında qiymətini göstərən Bloomberg Dollar Spot İndeksi bu gün təxminən 0.4% düşüb və 1201.81 səviyyəsinə geriləyib.

Dolların 6 mühüm valyuta qarşısında dəyərini göstərən Dollar İndeki də 0,4% geriləyərək 96.6570 səviyyəsini görüb.

ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 3 bənd azalaraq 2.939%-ə geriləyib.

Avro/Dollar məzənnəsi 0,4% artaraq 1.1388 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb. Saat 11:15-ə olan məlumat).

Dolların ucuzlaşmasının digər səbəbləri – gələn il Fed-in faiz artımağı təxirə salacağının gözlənilməsi və ABŞ-Çin ticarət müharibəsində “atəşkəs” elan edilməsidir.

@Marja