Dollar, mühüm bazar pulları qarşısındakı yüksəlişini davam etdirir.

ABŞ Dolları, G – 10 pulları qarşısında gündəlik əməliyyatlarda kəskin yüksəlib. Yen xaric, bütün mühüm valyutalar qarşısında dəyər qazanan dollar, ilin əvvəlindən bu yana yen istisna olmaqla bütün G – 10 pullarından yaxşı performans göstərib.

Avro/dollar məzənnəsi, həftənin son iş günündə kəskin düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb). Məzənnə, Bakı vaxtı ilə saat 11:00-da təxminən 0.60 faiz minusda 1.1456 səviyyəsində olub.

Funt-sterlinq qarşısında da güclənən dollar 1.2774-ə qədər gəlib.

Dolların mühüm valyutalar qarşısındakı gedişini təqib edən Dollar İndeksi 96 bəndini aşıb. Son iş günündə 0.56 faiz artımla 96.049 səviyyəsinə yüksələn indeks, ilin əvvəlindən bəri təxminən 4.1 faiz artıb.

Dolların qlobal miqyasda bahalaşamasına Fed-in faiz artıracağı gözləntiləri təsir göstərir. Fed-in ən “göyərçin” rəsmilərindən biri olan  Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans, faizin artırılmasının lehinə mövqe nümayiş etdirməyə başlayıb. Evans, Cümə axşamı günü Fed-in faizləri “bir az məhdudlaşdırıcı səviyyələrə” yüksəltməsi lazım olacağını bildirib.

Mənbə: Marja