Dollar, ABŞ Mərkəzi Bankı – FED-in sədri Janet Yellenin gələcək aylarda faizlərin artırılmasının məqsədəuyğun olduğunu söyləməsinin ardından, 2014-cü ilin Sentyabr ayından bu yana ən böyük aylıq dəyər qazancını genişləndirib.

Fins.az xəbər verir ki, Amerika valyutası, Yellenin “iqtisadiyyat inkişaf etməyə davam edir” açıqlamasının ardından əhəmiyyətli pul vahidlərinin az qala hamı qarşısında güclənib.

Bloomberg Dollar Spot İndeksi, 0.5 faiz yüksələrək, 25 Martdan bəri ən yüksək səviyyəsinə çıxıb. ABŞ valyutası aylıq 3.6 faiz yüskəlib, bütün mühüm pul vahidləri qarşısında güclənib.

Dollar avro qarşısında 0,7% bahalaşıb. Avro/dollar məzənnəsi 1.1115 səviyyəsinə gəlib.

Yellen nə demişdi?

ABŞ Mərkəzi Bankı FED-in sədri Janet Yellen, Harvardda çıxışında, “proqnozlarda yanılma olmasa, gələcək aylarda “mərhələli və təmkinli” faiz artırımı uyğun ola bilər” deyib. O, ilk rübün ardından ABŞ iqtisadiyyatının böyüməyə davam etdiyini söyləyərək, inflyasiyanın da 2 faiz səviyyəsinə bir neçə ilin ərzində yüksəlməsi lazım olduğunu bildirib.

Janet Yellen, Harvard Universitetində etdiyi çıxışında, kapitalizmdən daha yaxşı bir sistem olmadığını, ancaq kapitalizmdə də pozulmalar ola biləcəyini söyləyib. Mənzil “köpüyünün” yaratdığı sistematik riski görmədiyini deyən Yellen, bir daha böhran əmələ gəlməməsi üçün hər şeyi etmək istədiklərini vurğulayıb.

Yellen, ABŞ iqtisadiyyatının çox böyük mərhələ qeyd etdiyini və yavaşca yaxşılaşmaqda davam etdiyi bildirib. O, məşğulluq bazarının olduqca inkişaf etdiyini deyib.

FED bundan sonrakı ilk iclasını 14-15 İyun tarixlərində keçirəcək.

2015-ciilin Dekabr ayında faiz artıran Fed, Yanvar, Mart və Aprel aylarında faizə toxunmadı.

FED faizi 0,25-0,50 aralığında saxlayır. Faizlər artırıldıqda dollar bahalaşır.

Mənbə: “Marja”