Milli valyutanın dəyərsizləşdirilməsi heç də həmişə müsbət nəticələr vermir.
Fins.az xəbər verir ki, bunu “Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar” adı altında risklərin idarəedilməsi forumunda Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov deyib: “İndiyədək biz valyuta müharibəsi sözünü eşidəndə bu, bizə yad gəlirdi. Amma son böhran valyuta müharibəsinin çətin olduğunu və Azərbaycanda onun təzahürlərini göstərdi”.
E.Sadıqovun sözlərinə görə, valyuta idarə olunmayan formada dəyərsizləşəndə onun mənfi nəticələri daha böyük olur: “Ölkələr öz valyutalarını dəyərsizləşdirirlər ki, ixracı stimullaşdırsınlar. Amma bəzi hallarda bu addım birdən-birə və idarə olunmayan şəkildə baş verirsə, ilk növbədə iqtisadiyyata mənfi təsir edir”.