“DəmirBank” müştərilərinə manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bank manat əmanətləri üzrə illik faiz dərəcələrini artırıb ki, bu da müştərilərə 3 aya 10 faiz, 6 aya isə 12 faiz gəlir əldə etməyə imkan yaradır. Manat əmanətlərindən yüksək gəlir əldə etmək üçün bankın istənilən filialında əmanət hesabı açdırmaq mümkündür. Bunun üçün istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək əmanət hesabı açdıra bilər.

Qeyd edək ki, əmanətləri manatla yanaşı, ABŞ dolları valyutasında da yerləşdirmək mümkündür.