“Üç qat bonus” kampaniyası çərçivəsində “DəmirBank” kartları” ilə Hesab.az ödəmələr portalında ödəniş edib yüksək xal toplayan müştərilər bank tərəfindən mükafatlandırılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, qaliblərə topladıqları bonus xalların müqabilində VİSA Gold, VİSA Platinum, Priority Pass kartları və mobil telefon“charger” aləti kimi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “DəmirBank” müştərilərinə geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təklif edir. Bank, eyni zamanda, plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq kimi xidmətlər təqdim edir.