Çin Mərkəzi Bankı milli valyutanın məzənnəsini bir daha endirdi.

Çin Xalq Bankı (Mərkəzi Bank) çərşənbə axşamı günü milli valyutanın məzənnəsini 7,0454 yuana qədər endirib. Tənzimləyicinin statistikasından göründüyü kimi, bu, 2008-ci il 24 mart tarixindən bəri minimum qiymətdir.

Avqustun 1-dən keçən həftənin ortalarına qədər yuan məzənnəsi davamlı şəkildə düşməyə davam edib.

Avqustun 5-də ABŞ-ın Maliyyə Nazirliyi Çini valyuta manipulyasiyalarında günahlandıraraq, Pekini bu məsələdə şəffaf olmağa çağırıb. Çin Mərkəzi Bankının verdiyi məlumata görə, bu, qlobal iqtisadiyyatına və dünya maliyyə sisteminə mənfi təsir göstərəcəkdir.

2015-ci ilin nəticələrinə görə yuan 6%, 2916-cı ildə isə daha 6,7% ucuzlaşıb. 2017-ci ildə yuan 6,2% qədər möhkəmlənib, 2018-ci ildə isə bir daha 5,1% düşüb.

@Banker.az