Liviyalı rəsmi şəxslər, neft qiymətlərindəki azalmadan mənfi təsirlənən ölkənin maliyyə vəziyyətini düzəltmək üçün, on ildən daha uzun bir müddətin ən kəskin devalvasiyasına getməyi qiymətləndirirlər.
Fins.az “Marja”-a istinadən xəbər verir ki, Mərkəzi Bankın rəsmisi olan Əli Jihani, Dinarın dəyərini 50%-in üzərində salaraq dollar qarşısında 2.3 və 2.3 səviyyələri arasına qaldıra bilinəcəyini deyib.
Rəsmiyə görə dinarın, dollar qarşısında 4 ətrafında olan “qara bazar” qiyməti arasındakı boşluğu azaldacaq olan həmlənin nə vaxt ediləcəyinə tam qərar verilməyib.
Devalvasiya edilməsi halında, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Baş nazir Fayez Al Sarraj-ın, ölkəni tək bir rəhbərlik altında toplamaq və IŞİD kimi radikal qrupların öhdəsindən gəlmək missiyası ilə Mart ayında vəzifəyə gəlməsindən bu yana iqtisadiyyatı bərpa etmək adına atacağı ən önəmli addım olacaq.