Türkiyənin 156 illik tarixə malik “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi olan “Ziraat Bank Azərbaycan” ASC 2020-ci il ərzində 3 yeni filial açmağı,  2021-ci ilin sonuna qədər isə filial şəbəkəsini 3 dəfəyə yaxın artırmaq niyyətindədir.

Bu barədə Marja-ya Bankdan bildirilib.

Qeyd edilib ki, müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin müştərilərin etibarını doğrultmaq və dünya üzrə böyümək Bankın əsas hədəflərindəndir. Bu yaxınlarda istifadəyə veriləcək yeni filial artıq istifadəyə tam hazırdır və bu il açılacaq iki yeni filialda isə təmir işləri davam edir.

Qeyd edək ki, korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin hazırda ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur.