Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. “Birbank” mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər.

Bunun üçün “Birbank” mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq “BakıKart”ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

Hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və yaxud bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.

Ətraflı məlumat üçün: https://onelink.to/fws6tw

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.