“Azərbaycan Beynəlxalq Bankı” ASC elan olunmuş dvidendin ödənilməsinə başlayıb.

FED.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının 11 oktyabr 2019-cu il tarixli iclasın qərarına əsasən  150 milyon manat məbləğində  dividendin ödənilməsinə başlayıb.

Hesablanmış dividend məbləğləri səhmdarların Azərbaycan Beynəlxalq Bankındakı cari hesablarına artıq köçürülüb. Həmçinin bank fiziki şəxs səhmdarlarına pulsuz debet kartı da təqdim edəcək.