Azərbaycan Beynəlxalq Bankı 2016-cı ilin sonuna diar hesabatını açıqlayıb. Ötən ili bank 1 milyard 356 milyon manat zərərlə başa vurub.

Hesabatda bankın gəlirlərinin son 2 illə müqayisədə xeyli azaldığı üzə çıxıb. Belə ki, 2014-cü ilin dekabrında bankın mənfəəti 64 milyon 519 min manat olub. 2016-cı ilin dekabrında isə bank zərərlə işləyib.
2014-cü ilin sonuna olan göstəricidə Beynəlxalq Bankın nağd vəsaitlərinin miqdarı 195 milyon 786 min manat olub. Lakin 2016-cı ilin sonuna olan göstəricidə isə nağd vəsaitlərin miqdarı 230 milyon 315 min manata qədər artıb.
Banklara verilən kreditlərin miqdarında 2014-cü ilin sonuna nəzərən 2016-cı ilin sonunda  335 milyon 519 min manat artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabrında banklara verilən kreditlərin miqdarı 376 milyon 473 min manat olub.
Ötən ilin sonunda  cəmi aktivlərin miqdarı 2014-cü ilin sonunda müşahidə olunun miqdardan təxminən 40% çox olub. Belə ki, 2014-cü ilin dekabr ayına olan cəmi aktivlərin miqdarı 8 milyard 800 milyon manat,  2016-cı ilin dekabrında isə bu məbləğ 12 milyard 224 milyon manata qədər artıb.
Beynəlxalq Bankın  öhdəliklərində də kifayət qədər artım olub. Banka yerləşdirilən depozitlərin miqdarında 2 dəfəyə qədər artım olub. Depozitlər 2014-cü ilin dekabrında 3 milyard 473 min manatdan 2016-cı ilin sonunda 6 milyard 12 milyon manata qədər artıb.
Cəmi ohdəliklərinin miqdarında isə 5 milyard artım müşahidə olunub. Belə ki, öhdəliklərin cəmi miqdarı 2 ildə 7 milyard 999 milyon manatdan 12 milyon 903 milyon manata artıb.
Bankın aktivlərində isə azalma müşahidə olunub, Belə ki, 2014-cü ilin dekabrında 800 milyon 976 min manat olan cəmi kapitalın miqdarı ötən il 679 milyon 653 min manata düşüb. Bu onu göstərir ki, bankın kapitalı mənfidir.
Fins.az