“Beynəlxalq maliyyə institutlarından aşağı faiz dərəcəsi ilə cəlb edilmiş ehtiyatlarla Azərbaycan Beynəlxalq Bankı yüksək faizli xarici öhdəliklərinin bir hissəsini qaytarıb”.
“APA-Economics” xəbər verir ki, bunu “The Business Year” jurnalına müsahibəsində bankın İdarə Heyətinin sədri Elmar Məmmədov deyib.
Onun sözlərinə görə, bank 2015-ci ilin avqustunda xarici maliyyə institutlarına 550 mln. dollar həcmində borc ödəyib. Bundan başqa, bankın törəməsi olan “ABB-Moskva”nın 140 mln. dollarlıq borcu da Beynəlxalq Bank tərəfindən ödənilib. “Bununla, Beynəlxalq Bank 5 ay müddətində 700 milyon dollar həcmində xarici öhdəliyini qaytarıb”, – deyə sədr bildirib.
Sədr qeyd edib ki, bankın xarici öhdəliklərinin azalması nəticəsində bazar riskləri azalıb, maliyyə dayanıqlılığı isə yüksəlib.