Son bir ildə Azərbaycan banklarında çalışanların sayı 2 min nəfərdən çox artıb.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bank sektoru ilə bağlı açıqladığı rəqəmlərə əsasən, 2020-ci il fevralın 1-ə Azərbaycan banklarında 19 572 nəfər çalışır. Bu yanvarın 1-i ilə müqayisədə (19 460 nəfər idi) 112 nəfər artıqdır.

Ümumilikdə 2019-cu ilin əvvəli ilə müqayisədə banklarda işləyənlərin sayında 2157 nəfər  artım var. Həmin vaxt bank sktorunda 17 415 işçi çalışırdı.