Xəbər verdiyimiz kimi, 16 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.

Mərkəzi Bankdan  daxil olmuş məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.8045 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, bu günrəsmiUSD/AZN məzənnəsi1.7867 manat səviyyəsinədədir.

Beləliklə, rəsmi olaraq Dollar  Manat qarşısında daha 1% bahalaşıb.

Məsələn, bu gün səhər saatlarında 1 Dolları  1.7900 mananta alan, 1.8600 manata satan Unibank günortadan sonra 1 Dollara 1.8000  alış, 1.8800 manat satış qiyməti təyin edib.

Bu gün səhər saatlarında 1 Dolları  1.7700 mananta alan, 1.8700 manata satan Turanbank  günortadan sonra 1 Dollara 1.7950 alış, 1.88 00 manat satış qiyməti təyin edib.

Səhər saatlarında 1 Dolları  1.7867 mananta alan, 1.8700 manata satan VTB Bank Azərbaycan  günortadan sonra 1 Dollara 1.800 alış, 1.88 00 manat satış qiyməti təyin edib.

Səhər saatlarında 1 Dolları  1.8700 manata satan  Bank Respublika  günortadan sonra 1 Dolları 1.88 manat satmağa başlayıb.

Səhər saatlarında 1 Dolları  1.8650  manata  satan  AzərTürkBank  günortadan sonra 1 Dolları  1.88 manat satmağa başlayıb.

Marja