Martın 28-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Report” xəbər verir ki, yığıncaqda Şakir Rəhimov bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elçin Quliyevi əvəz edib.

Bundan başqa, səhmdarlar Bankın nizamnamə kapitalının daha 20 mln. manat artırılmasına qərar veriblər.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 57,461 mln. manatdır.