İri məbləğdə pula ehtiyacınız var, amma rəsmi gəliriniz həmin məbləğdə kredit əldə etməyə imkan vermir?

Bu halda Bank Respublikanın təklif etdiyi “Daşınmaz Əmlak Krediti” işinizə yarıyacaq. Daşınmaz əmlakın girovu ilə təklif olunan kredit – güzəştli şərtlərlə vəsaiti 36 ay müddətinədək alıb, istədiyiniz kimi xərcləməyə imkan verir.

Kreditin maksimal məbləği 50 000 manat təşkil edir, illik faiz dərəcəsi isə 23%-dən başlayır. Krediti almaq üçün şəxsiyyət vəsiqəsi və əmlakın müvafiq sənədiini təqdim etmək kifayət edir. Zamin tələb olunmur. Kreditin rəsmiləşdirilməsi operativ və qısa müddət ərzində həyata keçirilir.

Qeyd edək ki, indi bütün müştərilər WhatsApp Kredit xidmətindən istifadə edərək, banka gəlmədən smartfon vasitəsilə asanlıqla və vaxt itirmədən kredit almaq üçün 050 245 91 44 nömrəsinə müraciət edə bilərlər.

Bank Respublikadan kredit almağın əlavə üstünlüyü ondadır ki, ölkənin ən yaxşı mobil əlavələrindən sayılan “MobilŞöbə” və “Bankım.az” internet bankinq xidmətindən faydalanmağa imkan verir.