“Bank Respublika” ASC bu gündən Azərbaycan manatı və ABŞ dolları ilə qəbul etdiyi müddətli əmanətlərin illik faiz dərəcələrini artırıb.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Məlumata görə, məsələn, bundan sonra “Bank Respublika”da 1 il müddətinə əmanət yerləşdirənlər və faizləri hər ay götürənlər 8,5% (indiyə qədər 7% idi), 2 il müddətinə əmanət yerləşdirənlər və faizləri müddətin sonunda götürənlər isə 10,5% divident əldə edəcəklər.
“Bank Respublika”da əmanət yerləşdirməyin bir neçə üstünlüyü var. Belə ki, əmanətin qarşılığı olaraq sərfəli şərtlərlə kredit almaq, Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.
Depozit hesabını “Bank Respublika”nın istənilən filial və yaxud şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrə aiddir. Qeyd edək ki, “Bank Respublika” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Azərbaycan Milli (indi Mərkəzi) Bankının 22 may 1992-ci il tarixli lisenziyası əsasında fəaliyyətə başlamış Bank 25 ildir ki, “Sizə Faydalı” şüarı ilə effektiv maliyyə xidmətləri göstərir. Bankın səhmdarları arasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.