Aprelin 28-də “Bank of Baku”nun Müşahidə Şurasının iclası keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, iclasda “Bank of Baku”nun İdarə Heyətinin Sədri vəzifəsinə Abbas İbrahimov təyin edilib. O, sabahdan səlahiyyətlərinin icrasına başlayacaq. İndiyə qədər bu vəzifəni tutan Fərid Hüseynov öz xahişi ilə işdən azad edilib.
Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsi, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə Maqistr dərəcəsi alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.
KREDİTLƏR, BANKLAR, LİZİNQ
“Bank of Baku”ya yeni sədr təyin olundu
Tarix: 30.04.15 [14:58]
Oxunub: 1066