İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.