“Bank of Baku” ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. “APA-Economics” xəbər verir ki, Əli İbrahimov bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.

 

Beləliklə, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatıb ki, onlardan 3-ü müavin, ikisi isə sahə direktorudur. İdarə Heyəti sədrinin müavini Eldar Həmidov müvəqqəti olaraq sədr vəzifəsini icra edir.