İyulun 25-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Hacıqabul rayonunun Ələtli kəndində dəyəri 30 min manat olan 8,3 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən gedir.