Son zamanlar yaşanan pandemiya və karantinin yaratdığı çətinlikləri nəzərə alaraq PAŞA Bank COVİD-19 virusundan zərər çəkən hüquqi şəxs və fərdi sahibkarlara, eləcə də PAŞA Bank əməkhaqqı kart sahibi olan fiziki şəxslərə dəstək məqsədi ilə 1 aprel tarixindən kredit üzrə gecikməsi 15 gündən az olan müştərilərə cərimə faizlərinin hesablanmasını dayandırır.

 

Bankən yaydığı məlumata görə, bu o deməkdir ki, Müştəri kredit üzrə faizi və ya əsas məbləği vaxtında ödəmədiyi halda Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq. Qərar həmçinin bu məlumatın açıqlanmasından sonra ödəmələrini dayandıran müştərilərə şamil olunur.

 

Bununla yanaşı hazırda Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə Bank öz müştərilərinə əlavə güzəştlərin yaradılması üzərində işləri davam etdirir. Yeniliklər barədə məlumat 20 aprel tarixinədək təqdim olunacaq.