İşçilərin kütləvi ixtisara yol verilməməsi üçün əlimizdən gələni etdik

FED.az xəbər verir ki, bunu “Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru​ Tural Piriyev deyib

O qeyd edib ki, fond həmçinin ləğv edici funksiyasını yerinə yetirir. Belə ki, bağlanan 4 bankda kreditlərin yığımı prosesi aparılır.

“Bankların müflis olmasını nəzərə alaraq, işçilərin kütləvi ixtisara yol verilməməsi üçün əlimizdən gələni etdik. İşçilərin digər yerlərə yerləşdirilməsinə, başqa yerdə iş tapmasında da Fond olaraq əlimizdən gələn köməkliyi edirik”, – deyə T. Piriyev əlavə edib.