AzərTürkBank artıq mart ayının 17-dən etibarən 1 may 2017-ci il tarixinidək əmanətlərin qəbulu ilə əlaqədar “Bahar kampaniyası”na başlamışdır.
Bankdan daxil olmuş məlumata görə, yeni qısamüddətli əmanət növlərinin tətbiqi ilə yanaşı, təklif olunan müddət ərzində Bank Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini 15%-dək artırıb.
Hazırda AzərTürkBankda milli valyuta ilə yerləşdirilən əmanətlərə görə müddətindən və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-15% arasında illik gəlir vəd edilir. Yüksək faiz dərəcələrinə baxmayaraq, Bankda yerləşdirilən bütün növ depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Bankda əmanətçilərə 3 il müddətinə müştərinin şəxsi məqsədləri və depozit üzrə faizlərin əldə edilməsi üçün ödəniş kartı da hədiyyə edilir.