Azərbaycanda ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan “Azkredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Ceyhun Əliyevdir.

O, direktor vəzifəsində Anar Şahbazovu əvəz edib.

Xatırladaq ki, “Azkredit” ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC BOKT-un bazasında, 300 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 1, mənzil 34-dür.