Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,6 % azdır.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 26,3 % azalıb.

2023-cü il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət noyabrın sonuna 1,9 %, 2022-ci il dekabrın sonuna isə 2,9 % olub.