Bu ilin iyun ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 084,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 147,6 mln. manat və ya 12% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 188,2 mln. manat və ya 14,8% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 409,4 mln. manat və ya 27,4% azalıb.

Qeyd edək ki, iyun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib.

Xatırladaq ki, bu göstərici aprelin 1-nə 8,9%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11,6% olub.