Azərbaycanda bank kreditləri üzrə yaranan mübahisələrlə bağlı 500 mindən artıq məhkəmə işi var. Bu barədə bank sektorundan məlumat verilib.

Məlumata görə, bu işlərin bir hissəsi ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə qərarı var, bəzi hissəsi hələ araşdırılır.

Mərkəzi Bankın məlumatlarına görə, ölkədə kredit hesablarının sayı 1,5 milyona yaxındır. Başqa sözlə, hər 3 kreditdən biri üzrə məhkəmə prosesi keçirilib və ya keçirilir. Kredit mübahisələri üzərə məhkəmə işləri həm manat həm də dollar kreditləri ilə bağlıdır.

Qeyd edək ki, 2018-i ilin sonuna olan məlumata görə, bank sektorunun kredit portfelinin 12 milyard 628 milyon manat təşkil edir. Ötən il bu göstərici 1 milyard 290,7 milyon manat və ya 11,4% artıb.

2018-ci ilin sonunda bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manata düşüb. Beləliklə son bir ayda problmli kreditlərin həcmində 103 milyon manat azalma olub. Nəticədə belə kreditlərin ümumi kredit portfelində payı 13,4%-dən 12,2%-ə enib.

Ümumilikdə, 2017-ci ilin sonu ilə müqayisədə, 2018-ci ilin sonunda ölkədə problemli kreditlər 42 milyon manat azalıb.

© FED