“Moodys” beynəlxalq reytinq agentliyinin nümayəndə heyəti bu yaxınlarda Bakıya səfər edəcək. Biz onlarla əlaqədəyik, danışacağıq. Onların ölkənin bütün makroiqtisadi institutları ilə görüşləri planlaşdırılır”.

“Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.

Bəzi KİV-də “Moodys” analitiklərinin Azərbaycan bank sektorunun defoltla üzləşəcəyi barədə hər hansı bir fikirlərinə gəlincə sədr bildirib ki, belə nəticəyə gəlmək üçün ən azı görüşlərin keçirilməsini gözləmək lazımdır: “Həm yerlərdə bank sektorundakı vəziyyətlə tanış olmaqla, müvafiq qurumlarla görüşdən sonra hər hansı bir bəyanat vermək daha doğru olardı”.

“Düşünürük ki, Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində bütün maktoiqtisadi orqanlar – Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazalarına Nəzarət Palatası tərəfindən birgə ciddi iş gedir, bank sektorunun diaqnostikası aparılır. Bunun nəticəsində ortaya bir proqram – maliyyə sabitliyi proqramı qoyulacaq və bu proqramı reallaşdıracağıq. Bütün işlər bu plana uyğun davam etdiriləcək”, – deyə E.Rüstəmov qeyd edib.